top of page

HAQQIMIZDA

GURBAN DESIGN - Peşəkar Dizayn Xidmətləri

2010-cu ildən dizayn sahəsində fəaliyyət göstəririk. Dizaynın müxtəlif sahələrdə geniş təcrübəyə sahibik. Yaradıcılıq və innovasiya prinsiplərinə sadiq qalaraq müştərilərimizə yüksək keyfiyyətli dizayn həlləri təqdim edirik. Peşəkar fəaliyyətimiz və göstərdiyimiz xidmətlər haqqında aşağıda tanış ola bilərsiniz. 

Xidmətlərimiz

  • Bina və konsept layihələrin hazırlanması: İstənilən ölçüdə və mürəkkəblikdə bina və konsept layihələrinin yaradılması, yenilikçi və estetik həllərin tətbiqi.

  • İnteryer və eksteryer layihələrin hazırlanması: Müxtəlif tərzlərdə interyer və eksteryer dizaynlarının yaradılması, funksionallıq və estetik həllərin verilməsi.

  • Park və landşaft dizaynlarının hazırlanması: Yaşıllıqların və açıq məkanların planlaşdırılması və dizaynı, təbiət ilə harmoniya yaratmaq.

  • Konfrans, tədbir, sərgi sahələrinin və sərgi stendlərinin dizaynı: Böyük tədbirlər, konfranslar və sərgilər üçün xüsusi dizayn həlləri, funksionallıq və estetik görünüşün təmin edilməsi.

  • Mağaza vitrinlərinin dizaynı: Mağazaların vitrininin cəlbedici və müştəriləri cəlb edən dizaynının hazırlanması.

  • Özəl və korporativ hədiyyələrin hazırlanması və dizaynı: Fərdi və korporativ müştərilər üçün xüsusi hədiyyə dizaynları və hazırlanması.

  • Zinət kolleksiyalarının dizaynı: İtalyan zərgərlik mütəxəssisləri ilə əməkdaşlıq təcrübəsi əsasında unikal zinət əşyaları kolleksiyalarının dizaynı.

GURBAN DESIGN üçün hər bir layihə unikal və xüsusi diqqət tələb edir. Yaratdığımız dizaynlar funksionallıq, estetika və müştəri məmnuniyyəti prinsiplərinə əsaslanır. Daha ətraflı məlumat və nümunələr üçün bizimlə əlaqə saxlaya bilərsiniz. 

bottom of page